Balaxanı yolunda avtoqəza zamanı 3 nəfər xəsarət alıb
Bakıda yol-nəqliyyat hadisəsi nəticəsində bir ailənin 3 üzvü xəsarət alıb. APA TV-nin xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, yaralanan 3 nəfər Balaxanı yolunda toqquşan iki avtomobildən birinin sərnişinləri olub. Avtoqəza nəticəsində xəsarət alan 1989-cu il təvəllüdlü Təhməzov Anar Mövsum oğlu, 1995-ci il təvəllüdlü Təhməzova Dəniz Mövsüm qızı və 1965-ci il təvəllüdlü Təhməzova Nailə İstanbul qızı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlara lazımi tibbi yardım göstərilib.