Nyu-Yorkda dəhşətli yanğın - ÖLÜ SAYI ÇOXDUR

Nyu-Yorkda yaşayış binasında yanğın baş verib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumatına görə, dördüncü təhlükə dərəcəsi verilən yanğın nəticəsində azı 11 nəfər ölüb, 15 nəfərədək sakin isə xəsarət alıb.

 

Hadisə yerinə 160-dan çox yanğınsöndürən cəlb olunub.

 

Nyu-York Şəhər meriyasından ölənlərin sayının artacağı ehtimalının oldğunu deyib.

 

"The New York Post" ölənlər arasında uşaqların da olduğunu yazıb.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov