Suriyada "fransız İŞİD-çilər" ələ keçdi - BİRİ XÜSUSİLƏ TƏHLÜKƏLİDİR
Suriyada Fransa vətəndaşı olan 8 İŞİD üzvünü ələ keçib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, avropalı terrorçular İŞİD tərkibində könüllü olaraq döyüşüb.
Onların ələ keçirilməsi məqsədilə əməliyyat ölkənin şimalında - Rəqqa ilə İraqın Mosul şəhərini birləşdirən yolun keçdiyi ərazidə baş tutub.
Onlardan biri, 36 yaşlı Tom Barnuen radikal terrorçu qruplaşmaların ən tanınmış simalarındandır. Barnuen məşhur terrorçu Məhəmməd Merin yaxını olub və 2012-ci ildə Fransanın Tuluza şəhərində - yəhudi məktəbində terror aktının həyata keçirilməsində, həmçinin bir neçə hərbçinin öldürülməsində iştirak edib.
Xatırladaq ki, Fransa rəsmiləri 2014-cü ildən sonra 1500 ölkə vətəndaşının terror qruplaşmalarının tərkibində döyüşmək üçün İraq və Suriyaya getdiyi barədə məlumatları təsdiqləyib.