Texniki Universitetdə Milli Qəhrəman Çingiz Qurbanov anılıb

Azərbaycan Texniki Universitetində Milli Qəhrəman Çingiz Qurbanovun anım günü keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə universitet rəhbərliyi, ictimaiyyət nümayəndələri, müəllimlər, tələbələr, eləcə də Çingizin qrup yoldaşları iştirak ediblər.

 

Tədbir iştirakçıları əvvəlcə Çingiz Qurbanovun oxuduğu Xüsusi texnika və texnologiya fakültəsində olublar. Burada Milli Qəhrəmanın xatirəsinin əbədiləşdirilməsi üçün yaradılan stendə baxış keçirilib. Stenddə Çingizin təhsil aldığı müddətdə çəkilən fotoşəkilləri, diplom işi və əlyazmaları nümayiş etdirilib.

 

Daha sonra universitetin Milli Qəhrəmanlar və Şəhidlər Muzeyində  tədbir iştirakçıları Çingiz Qurbanovun barelyefi qarşına gül dəstələri düzüb, onun xatirəsinə ehtiramlarını bildiriblər. Rektor əvəzi Xalıq Yahudov qonaqlara Çingiz Qurbanov, onun qəhrəmanlığı, həmçinin universitet dövründə tələbə kimi ictimai aktivliyi haqqında geniş məlumat verib. Bildirib ki, Çingiz Qurbanovun qəhrəmanlığı Azərbaycan gəncliyinə böyük örnək olub.

 

 

Müəllif | Apa.Tv