Rusiyada baykeri öldürən Bəxtiyar Əliyevə hökm oxundu - BƏRAƏT!

Rusiyada bayker Leonid Frolovun öldürülməsində təqsirli bilinən azərbaycanlı Bəxtiyar Səfərov bir il müddətinə azadlıqdan məhrum edilib. Sergiyev Posad məhkəməsi bu müddəti çəkilmiş hesab edərək soydaşımıza bəraət verib. Məhkəmə Bəxtiyar Əliyevin cinayəti ehtiyatsızlıq üzündən törətdiyini müəyyənləşdirib və 925 min rubl təzminat ödəməsi barədə qərar çıxarıb.

 

Hökmə əsasən, ittihamçılar təqsirləndirilən şəxsin cinayəti qəsdlə törətməsi ilə bağlı kifayət qədər dəllilər təqdim etməyiblər. Frolovun ölümünə səbəb isə zərbə nəticəsində başının asfalta dəyməsi ilə aldığı açıq-kəllə beyin travması olub.

 

Xatırladaq ki, Bəxtiyar Əliyevin bir il azadlıqdan məhrum olunması ilə bağlı hadisə ötən il iyunun 30-da Serqiyev Posad şəhərinin “Merkuri” bazarında baş verib. Qarpız satışı ilə məşğul olan Azərbaycan vətəndaşı Bəxtiyar Əliyev onlardan haqq tələb edən baykerlərlə mübahisə edib və mübahisə zəminində Leonid Frolov adlı baykerə yumruq vurub. Zərbədən səndələyən Frolov yerə yıxılıb və başı səkiyə dəyib. O xəstəxanaya çatdırılsa da, həkimlər baykerin həyatını xilas edə bilməyiblər. Bəxtiyar Əliyev hadisə yerindən qaçıb. İki ay sonra Frolovun qatilinin hələdə həbs olunmamasına etiraz edən 3 yüzlərlə bayker Moskvanın mərkəzində aksiya keçirib, yalnız bundan sonra Bəxtiyar Əliyevi tutmaq mümkün olub. Serqiyev Posad şəhər məhkəməsi Bəxtiyar Əliyevin qətli ehtiyatsızlıqdan törətdiyi qənaətinə gəlib və soydaşımızı bir il müddətinə azadlıqdan məhrum edib.

Müəllif | Apa.Tv
Apa.tv