Aydın Əliyev Xızıda vətəndaşları qəbul edib

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev dekabrın 29-da Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəbul zamanı Xızı, Sumqayıt, Abşeron və Qobustan rayonlarının sakinlərinin müraciətləri dinlənilib.

 

Qəbula gələn vətəndaşların müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri olub. Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətlərini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

 

Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb. 

Müəllif | Apa.Tv
Vəli Turan