İsrail polisi ilə fələstinlilər arasındakı toqquşmalar artıb - YARALI SAYI 300-Ü KEÇDİ

Qəzza zolağında və İordan çayının qərb sahilində İsrail güc strukturları ilə fələstinlilər arasında baş verən toqquşmalarda 303 nəfər xəsarət alıb. APA TV-nin TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yaralılardan 43-ü xəstəxanalara çatdırılıb.

“Bu gün iğtişaşlarda 170 fələstinli yaralanıb, onlardan 50-si güllə yarası alıb, 5 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir. 100-dən çox insan gözyaşardıcı qazdan zəhərlənib”, - deyə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

İordan çayının qərb sahilində və Qəzza zolağında “Qəzəb günü” HƏMAS və "Fəth" hərəkatlarının çağırışı ilə keçirilir. Etirazlara səbəb ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması və səfirliyin Tel-Əvivdən bu şəhərə köçürülməsi qərarıdır.

Qeyd edək ki, Qəzza zolağında və İordan çayının qərb sahilində iğtişaşlar dekabrın əvvəlindən davam edir.

Müəllif | Apa.Tv
Apa.tv