Venesuelanın ən iri neft zavodunda yanğın: YANACAQ QITLIĞI YARANIB
Venesuelanın ən iri "Amuay" neft emalı zavodunda yanğın baş verib. APA TV-nin TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yanğının miqyası və səbəbləri barədə məlumat verilmir.
Dekabrın 27-də ölkənin Falkon ştatında da neft emalı zavodunda yanğın baş verib. Hadisə nəticəsində iki nəfər yaralanıb.
Hazırda Venesuelanın müxtəlif ştatlarında benzin qıtlığı yaranıb. Ən iri neftayırma zavodunda baş vermiş yanğın isə əhalinin yanacağa olan tələbatını daha da artırıb.