Ceyms Mettis: "İŞİD Suriyada yenidən möhkəmlənir"
"ABŞ İŞİD terror qruplaşmasını dəstəklədiyi barədə iddiaları qəti şəkildə rədd edir".
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumatına görə, bu açıqlama Pentaqondan verilib.
"Birləşmiş Ştatların İŞİD-ə dəstək verməsinə dair iddialar yalan və cəfəngiyatdır. Biz terrorçuları dəstəkləmirik. ABŞ tərəfdaşları ilə birgə terrorçuların yaxalanması, yaxud məhv edilməsi üzərində çalışır" - deyə, bəyantda vurğulanır.
Qeyd edək ki, bundan əvvəl Rusiya rəsmiləri ABŞ-ı İŞİD-ə dəstək verməkdə ittiham edib.
Pentaqondan həmçinin İŞİD terrorçularının Fərat çayı vadisinə sığındıqları açıqlanıb.
Bu barədə qurumun rəhbəri Ceyms Mettis bildirib. O qeyd edib ki, İŞİD artıq həmin ərazilərdə möhkəmlənməyə başlayıb:
"Biz hazırda bəzi dəqiqləşdirmələr aparırıq. Orada dinc sakinlər də yaşayır, onların həyatı təhlükədədir"
Xatırladaq ki, adı çəkilən ərazilər Suriyanın mərkəzi bölgələridir.