Çin ABŞ-ın iddialarını rədd etdi - İTTİHAMLAR RUSİYAYA YÖNƏLDİ
Rəsmi Pekin Şimali Koreyaya gizli yollarla neft və neft məsullarını ixrac etmədiyini bəyan edərək ABŞ prezidenti Donald Trampın ittihamlarını rədd edib.
APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyindən bildirilib.
"Çin daim BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət edir və beynəlxalq öhdəlikləri tam yerinə yetirir. Biz heç zaman Çin şirkətləri və vətəndaşlarına qətnamələri pozmağa imkan verməmişik" - deyə, bəyanatda vurğulanır.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Çini Şimali Koreyaya neft nəql etməkdə günahlandırıb.
Bu arada "Reuters" Rusiyaya məxsus tankerlərlə Şimali Koreyaya neft daşındığı barədə məlumat yayıb.
Xüsusilə oktyabr-noyabr aylarında Rusiya tankerlərinin dəfələrlə Şimali Koreya sahillərinə yan aldığı bildirilir.