Rusiyada Yeni il ərəfəsində terror həyəcanı - İŞİD-DƏN AÇIQLAMA
İŞİD terror qruplaşması Sankt-Peterburqda törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bununla belə terrorçuların yaydığı açıqlamada heç bir dəlil-sübut gətirilmir.
Xatırladaq ki, dekabrın 27-də Sankt-Peterburqda mağazada partlayış baş verib. Hadisə nəticəsində 13 nəfər yaralanıb. Partlayışın gücü 200 qram trotil ekvivalentində qiymətləndirilib.
Rusiya prezidenti Vladimir Putin partlayışı terror aktı adlandırıb.