"Sovetski"də köçürmə prosesinin ikinci mərhələsinin detalları açıqlanıb

"Sovetski"də köçürmə prosesinin ikinci mərhələsinin detalları açıqlanıb.


Bunu APA-ya açıqlamasında Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Köçürmə üzrə İşçi Komissiyasının sədri Səməd İslamov bildirib.

 

S. İslamov qeyd edib ki, növbəti köçürüləcək ərazi 14,7 hektar sahəni təşkil edir. Hazırda söküntü və qiymətləndirmə təşkilatlarının müəyyənləşdirilməsi istiqamətində prosedur sənədləşdirmə tədbirləri həyata keçirilir. Yeni ilin ilk ayından növbəti köçürülmə prosesinə start veriləcək.

Xatırladaq ki, 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun "Sovetski" adlanan ərazisində indiyə qədər 26 hektardan çox sahəni əhatə edən ərazidə 4300-ə yaxın sahədə uzun müddət istifadə edilmiş kommunikasiya xətləri yeni tələblərə cavab verməyən və demək olar ki, istifadəyə yararsız hala çatmış yaşayış obyektləri sakinlərlə əldə edilmiş razılığa uyğun olaraq satın alınaraq sökülüb.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı