Yeni ilin ilk günlərində neft bahalaşdı

Neftin qiyməti yeni ilə bahalaşma ilə başlayıb.

 

APA TV-nin məlumatına görə, qiymətlərin yüksəlməsi ABŞ-dan qaynaqlanan səbəblərdən baş verir. Ölkədə neft istehsalı azalıb, fəal quyu sayında iki həftədir artım yoxdur. Hazırda hasilat quyularının sayı 747-dir. ABŞ-ın xam neft istehsalı oktyabr ayından bu yana ilk dəfə düşüb.

 

Birjalarda Qərbi Texas nefti 60,67 dollardan, "Brent" markalı neft isə 67,19 dollardan təklif olunur.

 

Liviyada isə dekabrın 26-sı partlayış səbəbindən zərər görən boru xətti bərpa olunub və Əs Sider terminalına neft vurulması yenidən başlayıb.

 

OPEK və Rusiya da daxil olmaqla bir neçə ölkənin neft hasilatını azaltmaqla bağlı razılaşmanın müddətini 2018-ci ilin sonuna qədər uzatması öz bəhrəsini verir.

Müəllif | Apa.Tv
Apa.tv