Astarada baş verən yanğında ev sahibi öldü

Astarada yaşayış  evi yanıb. APA TV-nin Cənub bürosunun məlumata görə, hadisə nəticəsində ev sahibi xəsarət alaraq dünyasını dəyişib.

Birmərtəbəli  kommunal tipli yaşayış evində baş verən yanğın zamanı 57 yaşlı ev sahibi  Rahim Şəfiyev 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri alaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralı dərhal reanimasiya şöbəsinə yerləşdirilib.

Yaralının  həyatını xilas etmək mümkün olmayıb. Mərhumun  meyiti müayinə olunmaqdan ötrü  Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. 

Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv