Parisdə yeni ilin ilk günü - 1031 AVTOMOBİL YANDIRILDI
Yeni il gecəsində Paris kütləvi etirazlara səhnə olub.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi Paris və digər şəhərlərdə etirazçıların ümumilikdə 1031 avtomobili yandırdığını açıqlayıb. Onların arasında təhlükəsizlik qüvvələrinə aid maşınlar da var.
Toqquşmalar zamanı ümumilikdə 8 asayiş keşikçisi xəsarət alıb, 500 nəfərə yaxın etirazçı isə saxlanılıb.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron aksiya təşkilatçılarının tapılaraq cəzalandırılacağını bildirib.