Kim Çen In: "Nüvə düyməsi əlimin altındadır"
Şimali Koreya lideri Kim Çen In Yeni il münasibətilə xalqa müraciət edib.
APA TV-nin məlumatına görə, O bildirib ki, "nüvə düyməsi" onun masası üzərindədir və o, istənilən vaxt düyməni işə salmaq hüququna malikdir.
"ABŞ-ın bütün ərazisi bizim nüvə hədəfimizdədir. Vaşinqton başa düşməlidir ki, mən istədiyim zaman "start" düyməsinə toxuna bilərəm".
Kim Çen In eyni zamanda ölkəsinin Pxenyan olimpiadasına qatılacağını da açıqlayıb. Ölkə lideri bildirib ki, bu il nüvə başlıqları və ballistik raketlərin istehsalı daha da da genişləndiriləcək.
Bundan əlavə, Şimali Koreya rəhbəri ölkə idmançılarının Cənubi Koreyada keçiriləcək olimpiya oyunlarına qatılacağını, o cümlədən hər iki ölkə rəsmiləri arasında görüş keçirilməsinin vacibliyini vurğulayıb.
Rəsmi Seulun bu müraciətə reaksiyası keçikməyib. Cənubi Koreya administrasiyasından bildirilib ki, onlar Kim Çen Inın bu müraciətini alqışlayır və dialoq təklifini qəbul edirlər.
Bununla belə, rəsmi Vaşinqtonun danışıqlarda maraqlı olmadığı sezilir. Bir ay əvəl start götürən birgə hərbi təlimlər də buna misaldır. Yaponiya hökuməti isə Təhlükəsizlik Şurasının iclasında Koreya yarımadasında mümkün müharibə ssenarisi müzakirə edilib .