İran Şimali İraq Kürd Muxtariyyəti ilə sərhədi açdı
İran Şimali İraq Kürd Muxtar Vilayəti ilə gömrük keçid məntəqələrini açıb.
APA TV-nin məlumatına görə, sərhəd qapıları ötən ilin 25 sentyabrında vilayətdə keçirilən "müstəqillik referendumu"ndan sonra bağlanmışdı.
Qeyd edək ki, Şimali İraq Kürd Muxtar Vilayəti bir neçə gün öncə İran və Türkiyə ilə olan sərhəd məntəqələrini Bağdad hökumətinin nəzarətinə buraxmağı qəbul etmişdi.