Sabirabadda dəhşətli qəza: 1 ölü, 8 yaralı

Sabirabadda yol qəzası nəticəsində 1 nəfər ölüb, 8 nəfəri yaralanıb 

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qəza Hacıqabul-Bəhramtəpə yolunun 13-cü kilometrliyinidə Sabirabad rayonunu  Qaragüney  kəndi ərazisindən keçən hissəsində baş verib. 
 

"Mercedes" markalı 90 DO 551 dövlət nömrə nişanlı avtomobil "AzSamand" markalı 90 UR 412 dövlət nömrə nişanlı avtomobillə toqquşub.  "Mercedes" markalı avtomobilin sürücüsü 1971-ci  il təvəllüdlü Əhmədov Əjdər Hüseynqulu oğlu hadisə yerində ölüb.
 

"Mercedes"in sərnişinləri Saatı sakini, 1962-ci il təvəllüdlü Tarverdiyev Ağamoğlan, 1988-ci il təvəllüdlü Tarverdiyeva Elvira Mehriban qızı,  1988-ci il təvəllüdlü Tarverdiyev Müşfiq Ağamoğlan oğlu, "Azsamand" markalı 90 UR 412 dövlət nömrə nişanlı avtomobili idarə edən Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Hüseynov Hüseyn, sərnişinlər 1997-ci il təvəllüdlü Salmanov Səməd Tahir oğlu, 3 azyaşlı olmaqla daha 4 nəfər yüngül xəsarətlər alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilərək "Mercedes" markalı avtomobilin sürücüsünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
 

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv