Masallıda soba faciəsi: YAŞLI QADIN DİRİ-DİRİ YANDI

Masallıda yanğın hadisəsi baş verib.

 

APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Mahmudavar kəndində 1938-ci il təvəllüdlü Məzahir Kazımova məxsus ümumi sahəsi 280 kv/m olan iki mərtəbəli evdə baş verib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlib. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb. Yanğın kəşfiyyatı zamanı M. Kazımovun həyat yoldaşı, 1946-cı il təvəllüdlü Mariya Kazımovanın yanmış meyiti tapılıb.

 

İlkin məlumata görə, yanğına qaz sobasında yaranmış nasazlıq səbəb olub.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv