Gəncədə iki bacını avtomobil vurub - BİRİ HAMİLƏ İMİŞ
Gəncədə iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə şəhərin qərb çıxışında, Nizami Gəncəvi prospektində qeydə alınıb.
Goranboy rayon sakinləri, 1997-ci il təvəllüdlü Məmmədova Mirvari Şahin qızı və onun bacısı 1995-ci il təvəllüdlü Aysel Məmmədova yolu keçmək istəyərkən “VAZ 2106” markalı avtomobilin zərbəsinə tuş gəlib. Sürücü dərhal xəsarət alan bacıları xəstəxanaya çatdırıb. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Məlumata görə, A.Məmmədova 7 aylıq hamilədir.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.