Goranboyda partlayış zamanı bir nəfər xəsarət alıb

Goranboyda evdə yaranmış qaz sızması sonradan partlayışa səbəb olub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.

Partlayış nəticəsində bir nəfər şəhər sakini, 1988-ci il təvəllüdlü Elşən Əsgərov I, II və III dərəcəli termik yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv