Samuxda yol qəzası can aldı - 2 ÖLÜ, 2 YARALI

Samuxda ağır yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Sərkar yolunda qeydə alınıb.

"QAZel" və "VAZ 2110" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər - Samux rayon Sərkar kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Tural Ənnağı oğlu və onun həmkəndlisi 1986-cı il təvəllüdlü Nəsibov Ruslan Xaliq oğlu dünyasını dəyişib. Sərkar kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Zaur Zirəddin oğlu və daha bir nəfər isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv