Nyu-Yorkda yenə bina yanıb, azı 23 nəfər xəsarət alıb

Nyu-Yorkun Bronks rayonunda yaşayış binalarının birində güclü yanğın olub. APA TV-nin "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində 23 nəfər xəsarət alıb.

Hadisə yerinə 200-dən çox xilasedici, yanğınsöndürən cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər, habelə xilasetmə əməliyyatı davam edir. Xəsarət alanlardan 22-si mülki şəxs, biri isə yanğınsöndürəndir.

Hadisənin səbəbləri hələlik açıqlanmır.

Müəllif | Apa.Tv
Apa.tv