Rusiya azərbaycanlını beynəlxalq axtarışa verdi - TERRORÇULUQ İTTİHAMI

Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

 

Məlumatda qeyd olunur ki, 37 yaşlı Elnur Həsənov terrorçuluqda, terrorçuların düşərgəsində təlim keçməkdə və qeyri-qanuni silahlı birləşmələrə qoşulmaqda ittiham olunur.

 

E.Həsənov Rusiyanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

 

Qeyd edək ki, E.Həsənov Mingəçevir şəhərində doğulub.

Müəllif | Apa.Tv
Ayşən Əhməd