Kim Çen In Cənubi Koreya ilə danışıqlara başlayır
Şimali Koreya lideri Kim Çen In hərbsizləşdirilmiş zona olan Pxanmunjomda xüsusi rabitə vasitəsilə Cənubi Koreya ilə danışıqlara başlamaq barədə əmr verib.
APA-nın “Reuters”ə istinadən xəbərinə görə, xüsusi rabitə vasitəsinin bu gün açılması nəzərdə tutulub.
Qeyd edək ki, daha əvvəl Şimali Koreya 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak edəcəyini açıqlayıb. Rəsmi Seul Pxenyanın bu təşəbbüsünü müsbət qiymətləndirib və Pxanmunjom sərhəd zonasında yüksək səviyyəli danışıqlar aparmağı təklif edib.