Misirin ali müftisi: "Bitcoin" İslam qaydalarına ziddir"

"Bitcoin" İslam qaydalarına ziddir".

 

APA TV-nin ABŞ mətbuatına istinadən məlumatına görə, bu bəyanatla Misirin ali müftisi Şövqi Əllam çıxış edib.

 

O deyib ki, ölkənin sosial-iqtisadi təhlükəsizliyinə əngəl yaradacağından, hökumət onu qanuniləşdirmək niyyətində deyil.

 

Dini lider sözlərinə həmin kriptovalyutanın bilavasitə terrorçuların maliyyələşdirilməsində istifadə olunduğunu da əlavə edərək, bütün ölkələri ondan imtina etməyə çağırıb. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov