Şirvanda keçmiş məhkum narkotiklə tutuldu

Şirvanda keçmiş məhkumdan narkotik götürülüb.

 

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirib.

 

Təhqiqatçı Əlihüseyn Tağızadə bildirib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər üç dəfə məhkum olunmuş Ruslan Nərimanov saxlanılıb: "Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının 1 yanvar 2018-ci il tarixdə keçirdikləri əməliyyat tədbirləri zamanı narkotik vasitələrin istifadəsində şübhəli bilinən Şirvan şəhər sakini Ruslan Şakir oğlu Nərimanov polis şöbəsinə gətirilib, onun üzərinə baxış zamanı 3,339 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Bundan əlavə, onun evinə baxış zamanı evindən 34,597 qram heroin, 4,27 qram qurudulmuş marixuana və təxmini miqdarı 3 qram olan psixotrop maddələr aşkar edilərək götürülüb. Faktla bağlı istintaq tədbirləri həyata keçirilir".

 

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd