Artezian quyularının kabellərini oğurlayıb əritdi
Tərtərdə artezian quyularının kabellərini oğurlayan şəxs saxlanılıb.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, rayonun Evoğlu kənd sakini, əvvəllər məhkum olunmuş Xalid Tağıyev yerli sakinlərin şikayəti əsasında tutulub.
Hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırması nəticəsində 8 ay ərzində Xalid Tağıyevin rayonun 7 kəndindən ümumilikdə 9 artezian quyusunun kabellərini oğurladığı məlum olub. Oğurladığı naqilləri əridən Xalid onları metal halında rayon sakini Ağayev Ədalət Qaçay oğluna satıb.
Faktla bağlı araşdırma aparılır.