"Rusiya çox özünəinamlıdır, anlaşmalıyıq" - NATO GERİ ÇƏKİLİR
"NATO son illərdə daha da güclənən və özünəinamlı olan Rusiya ilə yeni soyuq müharibənin başlanmasında yox, siyasi dialoqda maraqlıdır".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirlər alyansın baş katibi Yens Stoltenberqə məxsusdur.
O bildirib ki, "soyuq müharibə"dən sonra alyansın Hərbi Dəniz Qüvvələri döyüş qabiliyyətini itirib.
Bir qədər əvvəl Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimovla aparılan danışıqlara toxunan baş katibin fikrincə, indiki şəraitdə rəsmi Moskva ilə rəhbərlik etdiyi qurum arasındakı anlaşmaların sayı artırılmalıdır.
Qeyd edək ki, ötən ilin dekabrında alyans rəsmiləri müxtəlif səviyyədə NATO-nun hərbi gücünə görə Rusiyadan geri qaldığını etiraf edib.