Nigeriyanın şimal-şərqində məsciddə törədilən partlayış nəticəsində 11 nəfər ölüb. APA TV-nin "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Borno ştatının Qamboru şəhərində qeydə alınıb.
Məlumata əsasən, məscidə daxil olan terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb. Partlayış nəticəsində məscidin tam dağıldığı bildirilir.
Hələ ki hadisəyə görə heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib. Terror hücumunun "Boko Haram" terrorçu qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.