İki avtomobil toqquşdu: 10 nəfər öldü

Rusiyanın Xantı-Mansiysk Muxtar dairəsində ağır yol qəzası baş verib. APA TV-nin TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Talinka yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb.

"Mazda" və "Renault Duster" markalı avtomobillərin toqquşması nəticəsində 4-ü uşaq olmaqla 10 nəfər dünyasını dəyişib. İlkin məlumata əsasən, sürücülərdən biri idarəetməni itirərək qarşı hərəkət zolağına çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv