Gecə saatlarında paytaxtda 27 yaşlı gənc bıçaqlanıb. APA TV xəbər verir ki, qanlı hadisə Bakının Yasamal rayonunda baş verib.
1991-ci il təvəllüdlü Süleymanov Fərid Rafiq oğlu ağır vəziyyətdə 1 saylı Xəstəxanaya çatdırılıb. Onun bədəninin müxtəlif hissələrində 6 bıçaq zərbəsinin izləri aşkarlanıb.
Məlum olub ki, F.Süleymanov Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində hələlik adı açıqlanmayan şəxslə əlbəyaxa olub. Dava zamanı isə qarşı tərəf ona çoxsaylı bıçaq xəsarətləri yetirib.