Mingəçevirdə yataqxanada yanğın - SAKİNLƏR TƏXLİYYƏ EDİLİB

Mingəçevirdə yanğın baş verib. Hadisə şəhərin Heydər Əliyev prospektində, Sənaye parkının qarşısındakı fəhlə yataqxanasında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA TV-yə verilən məlumata görə, hadisə yerinə nazirliyin canlı qüvvə və texnikaları cəlb edilib. İlkin məlumata əsasən, hadisə nəticəsində bina sakinləri təxliyyə edilib, tüstüdən zəhərlənənlər olub.

Nəticədə tüstüdən zəhərlənən 10 bina sakini xəstəxanaya yerləşdirilib. Onların arasında 3 nəfər azyaşlı da var. Bəzi sakinlərə isə hadisə yerində tibbi yardım göstərilib.

Yanğının baş verməsi səbəbləri araşdırılır. 

Müəllif | Apa.Tv
Apa.tv