Suriyada bir gündə Rusiyanın 7 təyyarəsi vuruldu - TERRORÇULARIN YENİ İL "SÜRPRİZİ"

Dekabrın 31-də silahlı islamçı qruplaşmalar Rusiyanın Suriyadakı Hmeymim hərbi bazasına hücum edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, terrorçuların minaatanlardan açdığı atəş nəticəsində 4 ədəd SU-24 bombardmançısı, 2 ədəd SU-35S qırıcısı və bir AN-72 hərbi sərnişin təyyarəsi sıradan çıxarılıb. Bundan əlavə hərbi bazanın silah anbarı da məhv edilib.

 

Bundan əlavə, silahlı hücum zamanı 10-dan çox hərbçinin yaralandığı da bildirilir. Hələlik Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

 

Qeyd edək ki, yanvarın 3-də Suriyada Rusiyaya məxsus Mİ-24 helikopteri qəzaya uğrayıb. Bu hadisə zamanı isə hər iki pilot həlak olub, texnik isə tibbi yardım göstərilməsi üçün Hmeymim bazasına gətirilib.

 

Bir qədər sonra hadisənin texniki nazaslız səbəbindən baş verdiyi bildirilsə də, koalisiya qüvvələrinə qarşı döyüşən silahlılar olaya görə məsuliyyəti öz üzərinə götürüb.

 

 

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı