İsrail edam cəzasını bərpa edir - YALNIZ FƏLƏSTİNLİLƏRƏ

İsrail Knessetində fələstinlilərin edamına icazə verən qanun layihəsi ilk oxunuşda qəbul edilib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, qanunun lehinə 52, əleyhinə 49 parlamentari səs verib. İsrailin baş naziri Benyamin Netanyahu qərarı açıq şəkildə dəstəkləyərək, onu ədalətli addım kimi səciyyələndirib.

 

"Qatı cinayətlər törədən insanların yaşamağa haqqı yoxdur. Biz qanuna da məhz bu səbəbdən dəyişikliklər etməyə məcburuq" - deyə, o bildirib.

 

Ölkənin müdafiə naziri Aviqdor Liberman da qanuna dəstək verərək, həbsxanalara göndərilən terrorçuların dəfələrlə hərbi və mülki işçiləri girov götürməyə cəhd etdiyini bildirib.

 

Fələstin tərəfi isə öz növbəsində bu qanunun qəbulunu yolverilməz adlandırıb və boykot ediləcəyini bildirib. Fələstinli rəsmilər bildirib ki, qanun qüvvəyə minəcəyi halda ona qarşı hüquq çərçivəsində addımlar atılacaq.

 

Qeyd edək ki, İsrail hüquq tarixində edam cəzası yoxdur və bu, istisna hal kimi yalnız bir dəfə, 1962-ci ildə nasist baxışlarına görə həbs olunan bir nəfərə tətbiq edilib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov