Samuxda dəhşətli qəza: 2 ölü, 2 yaralı

Samuxda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Sərkar yolunda baş verib.


"QAZel" və "VAZ-21010" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"da olan 2 nəfər ölüb, 2 nəfər isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

Ölənlər Samux rayon Sərkar kənd sakini, 1986-cı il təvəllüdlü Tural Ənnağı oğlu Məmmədov və onun həmkəndlisi və həmyaşıdı olan Ruslan Xaliq oğlu Nəsibovdur. 

 

Qəzaya düşən şəxslərin yaxınları hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobilinə hücum ediblər. Maşının şüşələri sındırılıb, sürücü isə bədən xəsarətləri alıb.

Qəza zamanı xəsarət alanlardan biri Sərkar kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Zaur Zirəddin oğludur. Digər yaralı isə özəl xəstəxanalardan birinə aparılıb.


Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanıb.


 

Müəllif | Apa.Tv
Azər Məmmədli