Qobustanda dəhşət: bacı-qardaş diri-diri yandılar

Qobustan rayonu, Qaracüzlü kəndində ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

 

APA TV-nin FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlu və 2016-cı il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının yanmış meyitləri aşkarlanıb. Yanğın zamanı 2011-ci il təvəllüdlü bir azyaşlı yanıq xəsarətləri alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Yanğın söndürülüb.   

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı