Masallıda itlər ot yeyir - NONSENS

Masallıda təsərrüfatda saxlanılan itlər ot yeyir. Bu hal bir neçə gündür müşahidə olunur.

 

APA TV-nin cənub bürosunun xəbərinə görə, Masallı rayonunun Kürdabaz kəndində təsərrüfatda saxlanılan itlər ot yeyir.

 

Kənd sakini Allahşükür Əhmədov deyir ki, onun saxladığı itlərdə bu xüsusiyyət bir neçə gündür müşahidə olunur. O, mal-qaranı örüş sahəsində otararkən üç itdən ikisinin ot yediyini görüb.

 

Allahşükür Əhmədov deyir ki, mal-qaranı otlaq sahəsinə aparanda itlər ona çox kömək edir, örüş sahəsində heyvanları yırtıcılardan qoruyurlar.

 

Baytar həkimlər isə itlərin ot yeməsini onlarda müəyyən vitamin çatışmazlığı ilə əlaqələndirir. Bu, daha çox yem azlığı vaxtı olur. Həmin heyvanlar bəzi mineral tələbatlarını ot yeməklə ödəyirlər.

 

Bu kimi hallarda həmin itlər mütləq baytar müayinəsindən keçirilməlidir. Çünki belə hallar bəzən itlərin bəzi xəstəliklərə yoluxma hallarının ilkin mərhələsində də ola bilər.

 

İtlərdə əgər quduzluq xəstəliyi müşahidə olunarsa, bu, insanlar üçün də təhlükəli nəticələr doğura bilər.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd