Lənkəran sakini şirniyyatdan zəhərlənib

Lənkəran sakini yediyi qidadan zəhərlənib. APA TV-nin cənub bürosu xəbər verir ki, zəhərlənmə faktı Lənkəranın dağ kəndi olan Rvoda qeydə alınıb.

Günorta saatlarında kənd sakini, 33 yaşlı Zaur Qurbanovun səhhəti nahardan sonra pisləşib. O, yaxınları tərəfindən dərhal Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çatdırılıb. Xəstəyə ilkin tibbi yardım göstərilib. Ancaq vəziyyəti ağır olduğu üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Hazırda vəziyyəti qənaətbəxşdir.

Yaxınlarının sözlərinə görə, Z.Qurbanov ev şəraitində yediyi şirniyyatdan zəhərlənib.

Müəllif | Apa.Tv
Apa.tv