İki nəfərin davası bıçaqlanma ilə bitib - PAYTAXTDA
Bakıda bıçaqlanma olub. APA TV-nin məlumatına görə, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.
Hadisə nəticəsində 31 yaşlı Yusifov Akif Arat oğlu qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, cərrahi əməliyyat olunub. Vəziyyəti orta ağırdır.
Məlumata görə, A.Yusifov tanımadığı bir şəxslə mübahisə zamanı bıçaqlanıb. Faktla bağlı Sabunçu polisi araşdırma aparır.