BMT TŞ təcili toplanır - İRANA GÖRƏ
BMT Təhlükəsizlik Şurası İranda baş verən hadisələrlə əlaqədar təcili toplanacaq. APA TV-nin "France-Press"ə istinadən məlumatına görə, müzakirələr ABŞ-ın təşəbbüsü ilə açıq şəkildə aparılacaq.
İranın bir neçə şəhərində isə hakimiyyət dəstək aksiyaları davam edir. Aksiya iştirakçıları ölkədə qarışıqlıq salmaq istəyənlərin ciddi cəzalandırılmasını tələb edir. Aksiya iştirakçılarının sayının milyonu keçdiyi deyilir.
Bu arada ABŞ Maliyyə Nazirliyi sanksiya siyahısına daha 5 İran müəssisəsini əlavə edib. Bundan başqa, sanksiya siyahısına "terror fəaliyyəti" ilə əlaqəli 3 şəxs əlavə edilib.