ABŞ Pakistana maliyyə yardımını dayandırdı

ABŞ Pakistana təhlükəsizlik məsələləri ilə üzrə maliyyə yardımını dayandırır. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bildirib.

 

Dayandırılan maliyyə yardımının məbləği açıqlanmır.

 

Onun sözlərinə görə, qərara səbəb Pakistanın terrorçuluqla mübarizədə kifayət qədər səy göstərməməsi olub: "Pakistan daha əzmli və qəti  qərarlar verməlidir".  

 

Hezer Nauert bundan əvvəl ABŞ-ın Pakistana 255 milyon dollar maliyyə yardımını "dondurduğunu" bildirib.  

 

Müəllif | Apa.Tv
Apa.tv