"Koreya barışığı": Pxenyan Seulun təklifinə "hə" dedi - ABŞ TƏLİMLƏRİ DAYANDIRIR
Şimali Koreya gələn həftə yüksək səviyyəli danışıqların aparılmasına dair Cənubi Koreyanın təklifini qəbul edib.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, söhbət Seulun danışıqların yanvarın 9-da keçirilməsinə dair sonuncu təklifindən gedir.
Danışıqlar zamanı Şimali Koreyanın Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarında mümkün iştirakı və iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması məsələsinin müzakirə olunması planlaşdırılır.
Hər iki tərəf sənədlərin mübadiləsi yolu ilə danışıqlara dair işçi məsələləri müzakirə etməyi qərara alıblar.
Bundan əvvəl Şimali və Cənubi Koreya nümayəndələri arasında telefon danışığı keçirilib.
Bu arada Pentaqon rəhbəri Ceyms Mettis ABŞ və Cənubi Koreya rəsmilərinin Pxenyan Paralimpiyası bitənədək Koreya yarımadasında təlim keçirməməyə razılaşdığını açıqlayıb.
C.Mettis bildirib ki, Cənubi Koreya ilə birgə təlimlərin vaxtının dəyişdirilməsinin Şimali və Cənubi Koreya arasındakı münasibətlərin normallaşmasına heç bir aidiyyəti yoxdur.
Qeyd edək ki, yanvarın 3-də Şimali Koreya lideri Kim Çen In ölkəsi ilə Cənubi Koreya arasındakı "qaynar xətt" adlanan zonada məhdudiyyətin götürülməsinə qərar verib.