ABŞ: İranı Suriyaya çevirmək olmaz

"ABŞ İrandakı olayların Suriya ssenarisinə uyğun inkişaf edəcəyindən ehtiyatlanır, lakin buna yol vermək olmaz".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu bəyanatla ABŞ-ın BMT təmsilçisi Nikki Heyli çıxış edib.

 

"Hakimiyyətin əhalinin dinc nümayişlərinə güc tətbiqi ilə cavab verməsindən sonra dünya Suriyadakı dəhşətin şahidi oldu. Biz İranda analoji vəziyyətin yaşanmasına imkan verməməliyik" - deyə o bildirib.

 

N.Heyli İran hökümətinin fundamental insan haqlarına, habelə beynəlxalq hüquqa zərbə vurduğunu da qeyd edib.

 

BMT Təhlükəsizlik Şurasının 5 yanvara planlaşdırılan toplantısına gəlincə, nümayəndə deyib ki, bu görüşə əngəl olmaq istəyənlər məsələnin beynəlxalq müstəviyə daşınmasında maraqlı deyil.

 

N.Heyli "əngəl olmaq istəyənlər" deyəndə rəsmi Moskvanı nəzərdə tutur və Rusiya təmsilçisi Sergey Ryabkovun bu təşəbbüsü destruktiv adlandırmasına cavab verir.

Belə ki, S. Ryabkov bəyanatında Təhlükəsizlik Şurasının İran məsələsində hər hansı rol oynaya biləcəyinə inanmadığını bəyan edib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov