"Hababam sinfi"nin "Mahmud hoca"sı öldü

Türkiyənin məşhur aktyoru Münir Özkul 93 yaşında vəfat edib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, o uzun müddət xəstəlikdən əziyyət çəkib.

 

Münir Özkul 15 avqust 1925-ci ildə İstanbulda anadan olub. 

 

1950-ci ildən başlayaraq, filmlərdə rol almağa başlayan Münir Özkul 
"Nəşəli günlər", "Mavi Muncuq", "Arım, balım, pәtәyim", "Bizim ailə" kimi Azərbaycan tamaşaçısına tanış olan filmlərdəki rolları ilə yadda qalsa da, "Hababam sinfi" trilogiyasındakı "Keçəl Mahmud" obrazı ona böyük məşhurluq gətirib. 
 
Aktyor alkoqolizmlə uzun illər mübarizə aparıb və 90-cı ilin ortalarında asılılıqdan yaxa qurtara bilib. Bu asılılıq ona 3 ailəsi bahasına başa gəlib. Aktyor 4 dəfə evli olub. 
 
O, Demans (məntiqin itməsi) xəstəliyindən əziyyət çəkirdi. 

 

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd