Saakaşviliyə iş kəsildi

Tbilisi şəhər Məhkəməsində Gürcüstanın sabiq prezidenti, Odessanın eks-qubernatoru Mixail Saakaviliyə hökm oxunub.

 

APA TV-nin Gürcüstan mətbuatına istinadən məlumatına görə, Sandro Qirqvliani işi ilə bağlı M. Saakaşvilinin qiyabi 3 il azadlıqdan məhrum edilməsi qərara alınıb.

 

İstintaqın məlumatına əsasən, M. Saakaşvili o zamankı Konstitusiya Təhlükəsizliyi Departamentinin rəhbəri Data Axalayaya bank işçilərindən birinin ölümündə təqsirli bilinənləri həbsdən çıxaracağını deyib, bir qədər sonra Əfv Komissiyasının qərarı olmadan vədinə əməl edib.

 

Mixail Saakaşvili xidməti səlahiyyətlərindən sui-istifadə epizodu üzrə təqsirli bilinib.

 

Bu arada, gürcü siyasətçi çıxarılan hökmə "Facebook" hesabından münasibət bildirərək, qərarı beynəlxalq hüquq normalarına zidd sənəd olaraq dəyərləndirib. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov