Sabirabadda 7 aylıq körpənin boğazında qoz qaldı - BOĞULUB ÖLDÜ

Sabirabadda 7 aylıq körpə boğularaq ölüb. APA TV-nin xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Əsədli kəndində qeydə alınıb.

 

Kənd sakini, 7 aylıq Münəvvər Allahverdi qızı Mənsimli boğazın qırtlaq hissəsində yad cismin qalması şikayəti ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin xəstəxanaya gətirilərkən körpənin asfiksiya (boğulma) nəticəsində yolda öldüyü müəyyənləşib.

 

İlkin ehtimallara görə, körpənin boğazında qoz qalması onun ölümünə səbəb olub. Faktla  bağlı araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Nigar Həsənli