Əmisi oğlanlarını döyüb, anasını bıçaqladılar
Biləsuvarda xəstəyə dəymək adı ilə qohumları tərəfindən evdən aparılan ana vəhşicəsinə döyülüb, oğlu isə bıçaqlanıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə Biləsuvar rayonun Aranlı kəndində baş verib.
Kənd sakinləri Şahəli İbayev və onun qardaşı Kainat İbayev əmisigilə gələrək atalarının xəstə olduğunu deyiblər. Onların əmisi oğlu Həsənəli İbayev əmisinə dəymək üçün anası ilə birlikdə elə öz doğmalarının maşınına minərək yola düşüb. Lakin Kainat və Şahəli İbayevlər gedəcəkləri yolu dəyişərək avtomobili başqa istiqamətə sürüblər. Daha sonra çöllük sahədə avtomobili saxlayaraq Həsənəli İbayevi avtomobildən endirərək döyməyə başlayıblar. Övladının döyüldüyünü görən Şölə İbayeva tərəfləri ayırmaq istədikdə, o da həmin şəxslər tərəfindən vəhşicəsinə döyülüb, övladına isə bıçaq xəsarətləri yetirilib.
Yaralı halda xəstəxanaya çatdırılan hər iki şəxsə ilki tibbi yarım göstərilib. 5 bıçaq xəsarəti alan 23 yaşlı Həsənəli İbayevin vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.