Dünyanın ən böyük ordusuna əmr verildi: MÜHARİBƏYƏ HAZIR OLUN!

"İstənilən vaxt müharibəyə hazır olun".

 

APA TV-nin məlumatına görə, Çin lideri Si Tzsinpin ordu qüvvələri qarşısında çıxışı zamanı belə bir əmr verib:

 

"Ölümdən qorxmadan müharibəyə hazır olun. Bölgədəki geosiyasi vəziyyət indiki halda bizdən məhz bunu tələb edir" - deyə, o bildirib.

 

Analitiklər hesab edir ki, Şimali Koreyanın bütün dünyanı nüvə müharibəsilə təhdid etdiyi və bölgədə gərginliyin artdığı, buna paralel olaraq Yaponiyanın regionda hərbi təlimlər keçirdiyi bir vaxtda Çin liderinin analoji  çağırış etməsi təsadüf sayılmamalıdır. 

Müəllif | Apa.Tv
Apa.tv