Bakıda şəhid və qazilərimizin ailələri üçün əyləncəli tədbir keçirilib

Aprel şəhidlərinin və qazilərin ailələrini  Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik etmək məqsədilə şənlik keçirilib.


APA TV-nin məlumatına görə, tədbirdə millət vəkil Adil Əliyev, respublikamızın müxtəlif rayonlarından olan  60 yaxın qazi, şahid ailələri və uşaqlar iştirak edib. Tədbirdə uşaqlara konsert proqramı, şən klounlar, "köpük şou", "şar şou", müxtəlif fokslar, restoranda yemək və əyləncə mərkəzinin oyunlarından istifadə kartları paylanıb.

Tədbirdə çıxış edən Elmi Araşdırma Birliyinin sədri Telman Qasımov bu cür tədbirlərin davamlı olacağını deyib: "Belə qərara gəlmişik ki, şəhid ailələrinin və qazilərin körpələrini onların asudə vaxtlarını, yay düşərgələrində istirahət etmələrini, respublikadan kənarda qalan şəhid ailələri ilə buradakı ailələrlə münasibət yaranmasını təşkil edək". 

Müəllif | Apa.Tv
Apa.tv